featured-image-1095

“Neftçi” futbolçusu Huqo Basto ilə yollarını ayırır.

Msport.az xəbər verir ki,  klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin hazırda bu istiqamətdə işlərin getdiyini deyib.

Əsas heyətə düşməkdə çətinlik çəkən portuqaliyalı müdafiəçinin ölkəsinin klublarından birinə keçəcəyi gözlənilir. Millimizin hücumçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi “Tondela” 29 yaşlı oyunçunun xidmətində maraqlıdır. (Report.az)

Qeyd edək ki, Huqo Basto ötən ilin iyulundan “Neftçi”nin formasını geyinir. Onun “ağ-qaralar”la 2023-cü ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər