“Neftçi” lovğalaşmış legionerlərdən ibarət komandadır”
Belaruslu futbol meneceri Valeri İsayev Minsk “Dinamo”sunun UEFA Konfrans Liqasının 2-ci təsnifat məhələsində məğlub etdiyi “Neftçi” barədə maraqlı fikirlər səsləndirib.
Msport.az xəbər verir ki, agent Azərbaycan təmsilçisi ilə “Dinamo” arasında müqayisə də aparıb.
O, “Neftçi”nin mübarizəni dayandırmasını “Dinamo”nun stabilliyi ilə əlaqələndirib: “Neftçi” təşkilatlanmamış, motivasiyasız və lovğalaşmış legionerlərdən ibarət kollektivdir. Onların maaşları orta hesabla “Dinamo” futbolçularının qazancından 15-20 dəfə çoxdur. “Dinamo” isə məşqçilər korpusunun futbolçularla birlikdə qurduğu nizam-intizamlı və təşkilatlanmış oyun sayəsində “Neftçi”ni mübarizədən kənarlaşdırdı”.
Qeyd edək ki, Bakıda 2:4 hesabı ilə məğlub olan “Neftçi” səfərdə 1:0 hesablı qələbə qazansa da, yekunda uduzaraq, avrokuboklarla vidalaşıb.







