featured-image-11875

“Neftçi” dünən Mirabdulla Abbasovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdi. Sonuncu dəfə “ağ-qaralar”ın heyətində ötən ilin 23 oktyabrında “Zirə”yə qarşı Premyer Liqa matçında meydana çıxan 27 yaşlı forvard 21 dəqiqə meydanda olsa da, komandasına qələbə gətirən qolu vurmuşdu – 2:1.

Abbasovun “Neftçi” ilə müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulmuşdu. O, əsas komandadan uzaqlaşdırılsa da, heç cür paytaxt klubundan getmək istəmirdi. Bəs “Neftçi” futbolçunu necə razı saldı?

Msport.az-a daxil olan məlumata görə, “Neftçi” hücumçunun 4 aylıq maaşını verdikdən sonra onu razı sala bilib. Qeyd edək ki, Abbasovun aylıq maaşı 14 min manat idi. Beləliklə, “Neftçi”dən 56 min manat alan Mirabdulla müqaviləsinə xitam verilməsinə razılaşıb.

Qeyd edək ki, millimizin sabiq üzvünə “Şamaxı”dan təklif gəlsə də, o, Bakıdan kənarda oynamaq istəmədiyi üçün bu ndan imtina edib.

Bənzər xəbərlər