featured-image-51386

“Neftçi” Rumıniyanın “Styaua” klubunun futbolçusu Siyabonqa Nqezananın keçidində israrlıdır.

Msport.az xəbər verir ki, bu barədə Cənubi Afrika mətbuatı məlumat yayıb.

Bir müddət əvvəl tərəflər ortaq məxrəcə gəlməsə də, Azərbaycan klubu növbəti dəfə təklif göndərib. Hətta Cənubi Afrika millisinin üzvü ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb. “Neftçi” transferi tamamlamaq üçün “Styaua” ilə danışıq aparır.

Nqezana ötən ilin yayında “Styaua”ya ölkəsinin “Kayzer Çifs” klubundan 600 min avroya keçmişdi. Rumınlar onun satışından daha yüksək məbləğdə gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Siyabonqa Nqezananın “Styaua” ilə sözləşməsi 2027-ci ilin yayına qədərdi.

Bənzər xəbərlər