“Neftçi”nin büdcəsi istədiyim qədər deyildi” – Sərgən Yalçın
“Neftçi” rəhbərliyi ilə görüşdük, əslində hər şey gözəl keçdi”.
Msport.az xəbər verir ki, bunu “Beşiktaş”ın sabiq baş məşqçisi Sərgən Yalçın Türkiyə mətbuatına açıqlamasında deyib.
Bakı klubu ilə apardığı danışıqlardan ilk dəfə söz açan mütəxəssis razılığa gələ bilməmələrinin maliyyə ilə bağlı olduğunu söyləyib:
“Maddi problemlər oldu. Şəxsi müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyim qədər deyildi. Azərbaycana oyunçu gətirmək çətindir. Onlar buna elə də hazır deyildilər”.
Qeyd edək ki, “Neftçi” Sergen Yalçını Bakıya dəvət etsə də, yekunda onunla anlaşa bilməmişdi. Nəticədə komandanın sükanı arxasına Adrian Mutu gətirildi.