“Neftçi”nin istədiyi alman
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” həm bu turnirdə uğurlu çıxış etmək, həm də Misli Premyer Liqasında çempionluğa iddia etmək niyyətindədir.
Msport.az xəbər verir ki, bakılılar buna uyğun heyət formalaşdırmağa çalışır.
Paytaxt təmsilçisinin maraq dairəsində olan legionerlərdən biri də “Atromitos”un sol vingeri Makana Bakudur. Yunanıstan klubu ilə müqavilə müddəti bu ayın sonuna qədər olan almaniyalı hücum oyunçusu iyulun 1-dən azad agent statusu daşıyacaq.
Lakin 28 yaşlı futbolçu uğrunda mübarizədə “Neftçi” tək deyil. Belə ki, Almaniya, Polşa və Türkiyə klubları da onun keçidində maraqlıdır. Həmin komandalardan biri də “Kocaelispor”dur.
Qeyd edək ki, Makana Baku ötən mövsüm 40 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə verib.







