"Neftçi"nin sonuncu sınağı
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün yoxlama görüşünə çıxacaq.
Msport.az xəbər verir ki, bu, “ağ-qaralar”ın sonuncu sınağı olacaq.
Roman Qriqorçukun yetirmələri Səudiyyə Ərəbistanının Pro Liqası təmsilçisi “Əl-Oruba” ilə qarşılaşacaq. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq görüş Bakı vaxtı ilə sabah saat 18:00-da start götürəcək. Bununla da “Neftçi”nin Türkiyə toplanışı başa çatacaq.
Qeyd edək ki, “Neftçi” buna qədər yerli “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə yoxlama görüşü keçirib.
Yoxlama görüşü
25 iyul
18:00. “Neftçi” – “Əl-Oruba” (Səudiyyə Ərəbistanı)
Ərzurum, “Palandöken Yüksek İrtifa Camp Facilities”