featured-image-30400

“Neftçi” Azərbaycan kubokunun “Qəbələ” ilə final oyunundan öncə maraqlı addım atıb. Msport.az xəbər verir ki, paytaxt klubu xüsusi sayt yaradıb ki, azarkeşlər ora daxil olub futbolçulara iyunun 3-də keçiriləcək həlledici görüş öncəsində dəstək mesajı yaza bilərlər:

“Ən ruhlandırıcı cümlələr Azərbaycan Kubokundan öncə paltardəyişmə otağında yerləşdiriləcək və futbolçular mesajları oxuyub meydana çıxacaqlar”.

Amma düzü, bunun müsbət effekt verəcəyinə inanmaq olmur. “Neftçi” rəhbərliyi sosial şəbəkələrdə azarkeşlərinin yazdıqlarına baxsalar, real mənzərəni görə bilərlər. İndi azarkeşlərin futbolçulardan çox rəhbərliyə mesajları var. Özü də bu daha çox söyüş, təhqir üzərində qurulur.

“Neftchi Baku fan page” səhifəsindəki rəylər azarkeşin rəhbərliyə olan münasibətini göstərir. Artıq neçə vaxtdırq ki, “ağ-qara” rəngə könül verənlər prezident Kaçran Quliyev olmaqla rəhbərliyin istefasını tələb edirlər.

AYXAN 

 

Bənzər xəbərlər