featured-image-79470

“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu Pedro Markes “ağ-qaralar”a keçidi tamamlayıb.

Əvvəllər 28 yaşlı forvardla “Neftçi” arasında danışıqların maliyyə şərtlərinə görə nəticəsiz qaldığı bildirilirdi. Lakin sonradan tərəflər arasında vəziyyət dəyişib və Bakı klubunun keçidi yekunlaşdırdığı qeyd olunur.

Qeyd edək ki, Pedro Markes son olaraq Kiprin “Apollon” klubunda çıxış edib. Portuqaliyalı hücumçu Limassol təmsilçisində 85 oyuna 35 qol vurub. Futbolçunun Kipr klubu ilə müqaviləsi başa çatdığı üçün o, azad agent statusundadır.

Bənzər xəbərlər