featured-image-67713

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək. Msport.az xəbər verir ki, “ağ-qaralar” Yunanıstanın “Asteras” (Tripolis) komandası ilə üz-üzə gələcək.

Keltse şəhərindəki “Pikarski” stadionunda olacaq oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu Samir Abasovun komandasının Polşada 3-cü yoxlama görüşü olacaq. “Neftçi” buna qədər “Hapoel” (Tel Əviv) (1:1) və “Termalitsa” (2:2) klubları ilə bərabərə qalıb.

“Ağ-qaralar” Polşada son oyununu avqustun 1-də Kipr təmsilçisi AEL-ə qarşı keçirəcək.

Bənzər xəbərlər