"Neftçi" Qazaxıstan klubuna lazım olmayan hücumçunu alır?
“Neftçi”nin transfer etməyə yaxın olduğu “Ordasbası”nın qambiyalı hücumçu Dembo Darbo ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
Msport.az “Meta-ratings”ə istinadən xəbər verir ki, Şımkent təmsilçisi afrikalı forvardan Dembo Darbodan qurtulmaq niyyətindədir.
İddiaya görə, “ağ-qaralar” 27 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır. “Ordabası” onun icarəsindən təxminən 50 min avro qazanacaq.
Qeyd edək ki, Darbo cari mövsümüno “Ordabası”nın heyətində 8 oyun keçirib və 3 qol vurub. O, əvvəllər “Astana”da da çıxış edib.