featured-image-45764

“Qarabağ” 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.

Msport.az-ın məlumatına görə, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib.

Ağdam təmsilçisi dördüncü – sonuncu dövrənin ilk turunda “Kəpəz”i darmadağın edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan “köhlən atlar” 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.

“Kəpəz”in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.

Bu, həm də Qurban Qurbanovun baş məşqçi kimi 10-cu çempionluğudur.

Qeyd edək ki, turun ilk oyununda “Neftçi” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək.

____________________________

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.

Msport.az xəbər verir ki, XXVIII turun ilk oyun günündə iki görüş keçiriləcək.

Premyer Liqanın lideri “Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna “Kəpəz”lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.

Günün digər matçında “Neftçi” autsayder “Qəbələ”nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. “Ağ-qaralar” isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart (cümə)

16:30. “Qəbələ” – “Neftçi” – 0:1
Qol:
Kilan Lebon, 42
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tete, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Sxadadze

“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k)19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 23. Ataa Caber, 88. Brayan Moreno, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç

19:00. “Kəpəz” – “Qarabağ” – 1:6

Qollar: Latir Fal, 90 – Julio Romao, 21. Olavio Juninyo, 52. 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu

“Kəpəz”: 96. İqor Rodriqeş, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov

“Qarabağ”: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Bənzər xəbərlər