"Neftçi" Rumıniya klubuna uduzdu
“Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” Rumıniya təmsilçisi “ÇFR Kluj” ilə üz-üzə gəlib. Matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubunun heyətində yeganə qolu Bassala Sambu vurub.
Qeyd edək ki, “Neftçi” iyulun 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) ilə qarşılaşacaq.







