"Neftçi"- Sabah" oyununun yeri dəyişdirilir
Azərbaycan Premyer Liqasının III turunun daha bir oyununun yeri dəyişdirilib. Msport.az xəbər verir ki, “Neftçi” – “Sabah” qarşılaşması öncədən açıqlandığı kimi “Liv Bona Dea Arena”da keçirilməyəcək.
Mərdəkandakı stadionun ot örtüyündə də problemlər yarandığından görüş Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. PFL-in yaxın saatlarda bununla bağlı məlumat yayması gözlənilir.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı avqustun 18-də saat 20:30-da start götürəcək.
PFL bundan əvvəl III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz Naxçıvan” oyunlarını təxirə salmışdı.