"Neftçi" Sloveniyada ilk oyuna çıxır
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.
Msport.az xəbər verir ki. “ağ-qaralar” Rumıniyanın “ÇFR Kluj” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, “Neftçi” iyulun 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) ilə qarşılaşacaq.







