“Neftçi” Sloveniyaya yollandı
“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yollanıb.
Msport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Bildirilib ki, “ağ-qaralar” səhər saatlarında Bakını tərk edib.
Sloveniya toplanışı iyulun 14-dək Moravske Toplitse şəhərində təşkil olunacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” burada dörd yoxlama görüşü keçirəcək.
Baş məşqçi Yuri Vernidub hazırlıq prosesinə 27 futbolçu cəlb edib.
Qapıçılar: Emil Balayev, Rza Cəfərov, Nurəziz Əzizov, Mehdi Həsənov, Kenan Piriç.
Müdafiəçilər: Rüfət Abbasov, Elvin Bədəlov, Murad Xaçayev, Endryu Qraviyon, Məhəmməd Məmmədli, İqor Ribeyro, Falaye Sako, Mustafa Sek, Aslan Şirinov.
Yarımmüdafiəçilər: Elvin Camalov, Sessi D’Almeyda, Qustavo Klisman, Emin Mahmudov, İfeani Metyu, Emil Səfərov, Andrey Ştoqrinn.
Hücumçular: Breno Almeyda, İmad Faraj, Alessio Kurçi, Ağadaş Salyanski, Bassala Sambu, Lyubomir Tupta.







