featured-image-81479

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün daha 2 görüş keçiriləcək.

“Sumqayıt” doğma divarlar arasında “Neftçi”ni qəbul edəcək. Qeyd edək ki, Mehdi Hüseynzadə adına şəhər stadionun qazonu yararsız vəziyyətə düşdüyündən oyun “SOCAR Polymer Arena”da baş tutacaq.

“Sumqayıt”ın yeni baş məşqçisi Filipe Kandido yeni komandası ilə ilk rəsmi oyuna çıxacaq.

Günün ikinci görüşündə “Zirə” debütant “Şəfa”nı qəbul edəcək. Zaur Həşimov da “Şəfa”nın baş məşqçisi kimi Azərbaycan Premyer Liqasında debüt edəcək.

16 avqust

Azərbaycan Premyer Liqası, 1-ci tur

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər:
 Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
“SOCAR Polymer Arena”

21:00. “Zirə” – “Şəfa”
Hakimlər:
 Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Zirə İdman Kompleksinin stadionu

17 avqust

19:30. “Qarabağ” – “Şamaxı”

Turun digər nəticələri

“Turan Tovuz” – “Qəbələ” – 1:0

“Araz-Naxçıvan” – “İmişli” – 0:0

“Sabah” – “Kəpəz” – 2:0

Bənzər xəbərlər