"Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan Premyer Liqasında I turun növbəti matçları bu gün baş tutacaq.
Msport.az məlumatına görə, ikinci oyun günündə iki görüş keçiriləcək.
İlk olaraq “Neftçi Arena”da “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Paytaxt təmsilçisi baş məşqçi Roman Qriqorçukun, qonaq komanda isə Kurban Berdıyevin rəhbərliyi altında ilk rəsmi sınağına çıxacaq.
Ardınca isə Sumqayıtda şəhərin eyni adlı komandası “Kəpəz”lə üz-üzə gələcək.
3 avqust
18:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”
20:45. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rauf Cabbarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehdiyev
Mehdi Hüseynzadə adına stadion
Qeyd edək ki, mövsümün açılış matçında “Qarabağ” səfərdə “Araz Naxçıvan”a 4:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək “Sabah” – “Şamaxı” və “Zirə” – “Səbail” görüşləri ilə yekun vurulacaq.