featured-image-36206

Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – “Kəpəz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ” Azərbaycan çempionatının bir nömrə oynayan komandasıdır. “Kəpəz” adından onlara UEFA-dakı çıxışlarına görə təşəkkür edirəm. Favorit “Qarabağ” idi. Gözlənilən onların qələbəsiydi. Bu gün möhtəşəm oynadıq. Oyun intizamını pozmadıq, tapşırıqlarını yerinə yetirdilər. Əks-hücumlardan qurmuşduq oyunu. Onlardan birində də qol vurduq. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə daha çox sevindirdik.

– Bu qələbəyə bərabər heç-heçə idi. Ciddi itkilərlə belə nəticəni nəyə bağlayırsız?

– Bunu uşaqların mübarizliyinə bağlayıram. Kollektiv mübarizə apardıq. Səviyyə baxımından geri qalsaq da, vacib xallar qazanırıq. Bizim əsas rəqiblərimiz var ki, onlardan xal götürməyi düşünürdük. “Neftçi” və “Qarabağ”dan xal götürməyimiz gözlənilməz oldu.

– Rüfəti əvəzləyəndə sanki məğlubiyyətlə barışmışdız… 

– Xeyr, sadəcə oyunçu qıtlığımız var. Bizim əsas diqqətimiz növbəti oyunda idi. Çünki bu gün əsas favorit “Qarabağ” idi. Sarı vərəqə aldı və ehtiyatlı olmaq üçün onu əvəzlədim.

Bənzər xəbərlər