featured-image-81871

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının II turunda baş vermiş hadisələrə qiymət verilib.

 

Azərbaycan  Premyer Liqası II tur
22.08.2026-cı il tarixində Azərbaycan  Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 700 manat cərimə edilsin (maddə 43.1);

23.08.2026-cı il tarixində Azərbaycan  Premyer Liqasında II turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 60.2);

 

Əvəzedicilər Liqası I tur

 

21.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Zirə-2” – “Şəfa-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

21.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Zirə-2” – “Şəfa-2” oyununun 73-cü dəqiqəsində “Şəfa-2” komandasının heyətində adı protokolda olmayan 85 nömrəli futbolçu Murad Fərzəliyev oyuna daxil olduğuna görə “Şəfa-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Şəfa-2” komandası 500 manat cərimə edilsin (maddə 49);

22.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Kəpəz-2” – “Sabah-2” oyununun 79-cu dəqiqəsində “Sabah-2” komandasının 66 nömrəli futbolçusu Əhməd Tanrıverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1).

Bənzər xəbərlər