featured-image-621

“Neftçi” və “Zirə” arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yeri dəyişdirilib.

Msport.az xəbər verir ki, “Bakcell Arena”da planlaşdırılan renovasiya işlərini əsas gətirən “Neftçi” bu xahişlə PFL-ə müraciət edib.

Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Zirə”nin razılıq məktubunu rəhbər tutan PFL “Neftçi” və “Zirə” komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Beləliklə, aprelin 2-də “Neftçi” “Zirə”ni qəbul edəcək. 4-cü dövrənin oyununda isə “Neftçi” rəqibi ilə səfərdə qarşılaşacaq.

Bənzər xəbərlər