Nəriman Axundzadə Türkiyədə debüt etdi
Türkiyə Superliqasında ilk turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni komandası “Erzurumspor” səfərdə “Amedspor”la qarşılaşıb. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Nəriman 75-ci dəqiqəsində, rəqib hər 3 qolu vurduqdan sonra meydana daxil olub.
“Erzurumspor” 2-ci turda “Qalatasaray”ı qəbul edəcək. Avqustun 21-də keçiriləcək görüş Baı vaxtı ilə saat 22:30-da başlayacaq.







