Nəticəyə görə kimsə məsuliyyət daşımalıdır" - İslandiya millisinin baş məşqçisi
İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyundan öncə mətbuat konfransı keçirib.
Msport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
-Azərbaycan millisində hansı dəyişiklikləri görürsünüz?
-Komanda əvvəlki sistemdə oynayır, amma daha təşkilatlanmış və istəkli çıxış edirlər. İlk oyundan sonra deyirdilər ki, Azərbaycan zəif təsir bağışladı, lakin həmin vaxt mənim komandam daha yaxşı idi. Sabah bizdə heyətdə yeni futbolçular olacaq. Onlar özlərini göstərməyə çalışacaqlar.
-Rəqibin heyətində kimi xüsusi ilə qeyd edə bilərsiz?
-Hər bir komandada yaxşı futbolçular var. Heç kimi xüsusi olaraq vurğulamaq isətmirəm. Ukrayna millisinin qapısına vurulan qolu qeyd edərdim. Yeni baş məşqçinin işi görünür.
-Reykyavikdəki oyundan sonra Fernandu Santuş istefaya göndərildi. Sizin karyeranızda buna qədər belə şey olmuşdu?
– İndiyədək 4-5 dəfə belə hal yaşanıb. Nəticəyə görə kimsə məsuliyyət daşımalıdır. Adətən bu, baş məşqçi olur.
Oyunun favoriti kimdir?
-Əgər reytinqə baxsaq, biz bir qədər öndəyik. İslandiya favorit hesab olunur. Futbol elə idman növüdür ki, rahat şəkildə oyunun autsayderi qalib gələ bilər. Fransa ilə görüşdə biz yaxşı nəticə əldə edə bilərdik. Rəqibə hörmətlə yanaşmaq lazmdır. Sabah ən yaxşı oyunumuzu ortaya qoymalıyıq.







