featured-image-18128

Braziliya millisinin futbolçusu Neymar DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunu buraxa bilər.

Msport.az xəbər verir ki, “sambaçı” hələ də kollektivlə birgə məşqlərə qatılmayıb.

Yığmanın həkimi Rodriqo Lasmar qrup mərhələsinin ilk turunun Serbiya (2:0) ilə görüşündə zədələnərək sonrakı iki oyununu buraxan Neymarın bu gün topla məşqlərə başlayacağını bildirib.

O, Neymarın və digər zədəli futbolçu Aleks Sandronun Cənubi Koreya ilə qarşılaşmada iştirakının bərpa prosesindən asılı olacağını deyib.

DÇ-2022-nin 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya matçı dekabrın 5-də keçiriləcək.

Bənzər xəbərlər