featured-image-15221

“Dinamo-Avto”nun baş məşqçisi Novruz Əzimov Moldova Kubokunun 1/8 final mərhələsində “Univer-Oquzsport”a 0:2 hesablı məğlubiyyəti şərh edib.

Msport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında aşağı liqa komandasına uduzmağın ağır olduğunu bildirib:

“Oyunla bağlı nə deyə bilərəm? Kim matça daha düzgün yanaşırsa, o da uğur qazanır. Futbolçulara dəfələrlə demişəm ki, rəqiblərə yuxarıdan aşağı baxmasınlar. Amma hərdən belə də olur. Yuxarı liqa komandası aşağı dəstə təmsilçisinə uduzur. Təbii ki, bu, bizi çox incidir. Lakin bu, qismətdir. Bu gün bu komandaya qalib gələ bilmədik”.

Qeyd edək ki, rəqibinə uduzan “Dinamo-Avto” kubokda mübarizəni dayandırıb.

Bənzər xəbərlər