featured-image-9219

Rusiyanın “Ximki” klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev 2019-cu ildə sürücülük hüququndan məhrum edilməsindən sonra sükan arxasına keçib-keçmədiyi barədə danışıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi məsələyə belə münasibət bildirib:

“Dava etdikdən sonra məni sürücülük hüququndan məhrum etdilərmi? Bəli. Sürücülük hüququndan məhrum edildikdən sonra yükək sürətə görə cərimə olunmağıma gəlincə, maçın mənim olsa da, sükan arxasında başqa adam idi. Hımin vaxt məni məşqə aparırdılar.

O qədər başdan xarab olmalısan ki, insanlar yenidən sənin üstünə düşmək üçün fürsət axtaran vaxt avtomobili sürücü vəsiqəsi olmadan idarə edəsən və cərimələri yığasan üstünə”.

Xatırladaq ki, 2019-cu ildə Quliyev “Spartak”da çıxış edərkən onunla amerika vətəndaşı arasında piyada keçidində dava düşmüşdü.

Bənzər xəbərlər