"Olimpiakos" transferə doymaq bilmir - Bu dəfə keçmiş oyunçularını qaytarırlar
UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” daha bir futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, bu barədə məlumatı məşhur italiyalı insayder Fabritsio Romano yayıb. Onun sözlərinə görə, Yunanıstan klubu Paytim Kasami ilə razılığa gəlib. 30 yaşlı İsveçrəli yarımmüdafiəçi Afinaya gələrək tibbi müayinədən keçib.
“Bazel”dən ayrılan oyunçu “Olimpiakos”a azad agent statusunda keçir. O, Yunanıstan komandası üçün yad sima deyil. Belə ki, yarımmüdafiəçi 2014-2017-ci illərdə bu klubun formasını geyinib.
Kasami karyerası ərzində “Bellinzona”, “Lütsern”, “Sion” (İsveçrə), “Palermo” (İtaliya), “Fulhem” və “Nottingem Forest” (İngiltərə) klublarında da çıxış edib.