featured-image-12940

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”  heyətini ulduz futbolçularla gücləndirir.

Msport.az xəbər verir ki, Pirey klubunun prezidenti Vanqelis Marinakis “Karaiskakis” stadionunda Xames Rodriges və Marselo ilə görüşüb. Klub prezidenti kolumbiyalı yarımmüdafiəçiyə “10” nömrəli formanı təqdim edib. Görüşdə “Olimpiakos”un idman direktoru Fransa millisinin heyətində dünya çempionu olmuş Ksristian Karambö də iştirak edib.

Xatırladaq ki, Xames “Portu”, “Monako”, “Real”, “Bayern Münhen”, “Everton” kimi klublarda çıxış edib. Onun son komandası Qətər “Əl Rayyan”ı olub.

34 yaşlı Marselo isə 15 il “Real”da oynadıqdan sonra “Olimpiakos”la müqavilə bağlayıb.

“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da səfərdə “Olimpiakos”a qarşı keçirəcək.

media-XAM-3

media-XAM-2

Bənzər xəbərlər