featured-image-13274

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”un yeni baş məşqçisi məlum olub.

Msport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki,  Miçel Pirey klubunun yeni baş məşqçisi təyin olunub. 59 yaşlı mütəxəssisin artıq Yunanıstana yola düşdüyü bildirilir. O, Pireydə rəsmi müqaviləyə imza atdıqdan sonra ictimaiyyətə təqdim olunacaq və işinə başlayacaq.

Qonsales “Olimpiakos”un baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş həmyerlisi Karlos Korberanı əvəz edəcək.

“Real Madrid”in əfsanəsi 2013-2015-ci illərdə də “Olimpiakos”da işləyib. 59 yaşlı mütəxəssis son olaraq “Xetafe”ni çalışdırırdı. Miçel bundan başqa, “Rayo Vallekano”, “Sevilya”, “Olimpik Marsel”, “Malaqa”, UNAM (Meksika) komandalarında da işləyib.

O,  “Olimpiakos”u 3 dəfə Yunanıstan çempionu edib.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu oktyabrın 6-da məhz “Olimpiakos”a qarşı keçirəcək.

Bənzər xəbərlər