featured-image-48035

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinə start verilib.

Msport.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən ənənəvi yarışın ilk günündə 4 çəki dərəcəsi üzrə döyüşlər baş tutub.

1/8 final mərhələsi çərçivəsində təşkil olunan görüşlərdə Azərbaycan millisinin 10 boksçusu qələbə qazanaraq 1/4 finala yüksəlib.

Turnirin ikinci günündə 18 döyüş keçiriləcək.

1/8 final

46 kq

Aidos Ussenov (Qazaxıstan) – Əli Əliyev (Azərbaycan) – 5:0

Hüseyn Quliyev (Azərbaycan) – Xudaverdi Abidjanov (Qırğızıstan) – 4:0

Ramiz Danieli (Gürcüstan) – Fərid Quliyev (Azərbaycan) – 3:2

Hikmət Məmmədov (Azərbaycan) – Nurassil Kayrqazi (Qazaxıstan) – 2:3

48 kq

Behultan Xujamjar (Qazaxıstan) – Oğuz Həsənov (Azərbaycan) – 5:0

Səid Aslanzadə (Azərbaycan) – Vaxtanq Todua (Gürcüstan) – 5:0

Dias Saidikarim (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) – 1:4

Ümid Rüstəmov (Azərbaycan) – İmran Axundov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

50 kq

Əflatun İsmiyev (Azərbaycan) – Ülvi Ələkbərov (Azərbaycan) – 0:5

Rassul Seidiş (Qazaxıstan) – İsmayıl Rzayev (Azərbaycan) – 2:3

Zubair Akramov (Qırğızıstan) – Kərim Sultanov (Azərbaycan) – 0:5

Yerdavlet Atayov (Qazaxıstan) – Sergey Zayats (Belarus) – 4:1

57 kq

Akzurek Kalabay (Qazaxıstan) – Təşkilat Quliyev (Azərbaycan) – 5:0

Tamerlan Əlimzanov (Azərbaycan) – Məhəmmədəli Məmmədli (Azərbaycan) – 5:0

Həsrət Mehdiyev (Azərbaycan) – Nihat Ağayev (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib

Şahin Aslanov (Azərbaycan) – Toğrul Quliyev (Azərbaycan) – 5:0

Rizat Tiniştik (Qazaxıstan) – Vasil Nikolayenko (Gürcüstan) – 0:5

Qeyd edək ki, yarışda final döyüşləri mayın 18-də olacaq.

Bənzər xəbərlər