featured-image-37860

“Onun rəqibin cərimə meydançasında daban zərbələri etdiyini görmək məni dəli edir”.

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi “Milan”ın hücumçusu Rafael Leao barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, portuqaliyalı forvardın böyük istedadı var: “Düşünürəm ki, Rafa Kilian Mbappenin səviyyəsinə çatmaq iqtidarındadır. Bu işdə isə ona Pioli kömək edə bilər”.

Qeyd edək ki, A Seriyasında 7 turdan sonra 18 xalı olan “Milan” “İnter”lə birlikdə turnir cədvəlinin ilk iki pilləsini bölüşdürür.

Bənzər xəbərlər