Orxan Məmmədov “Zirə”nin məşqini izlədi - FOTO
“Zirə” Premyer Liqanın IV turu çərçivəsində “Sabah”la qarşılaşacaq.
Msport.az xəbər verir ki, “qartallar”Zirə İdman Kompleksində keçiriləcək matçın hazırlıqlarına start verib. Bugünkü məşqi izləyənlər arasında klubun Müşahidə şurasının sədri Orxan Məmmədov da olub.
Qeyd edək ki, “Zirə” – “Sabah” matçı 26 avqust saat 19:30-da keçiriləcək.