featured-image-33595

“Turan Tovuz”un yeni transferi Oto Conun Msport.az saytına müsahibəsi

– Azərbaycana xoş gəlmisiniz. İlk təəssüratlarınız necədir?
– Təşəkkür edirəm. Burada olmaqdan xoşbəxtəm İndiyə qədər hər şey ürəyimcədir.

“Turan Tovuz” haqqında nə deyə bilərsiniz? Komanda yoldaşlarınız sizi necə qarşıladı?
– Emosiyalar yaxşıdır. Komanda yoldaşlarım mənə çox yaxşı münasibət göstərdilər. Adaptasiya ilə bağlı problem olacağını düşünmürəm. Mənə çox kömək edirlər. Onların davranışını yüksək qiymətləndirirəm.

– “Turan Tovuz”a keçidiniz necə baş tutdu?
– Azərbaycandan Toğrul bəy mənimlə əlaqə saxladı və klubun xidmətimdə maraqlı olduğunu bildirdi. Layihə ilə tanış oldum və mənə maraqlı gəldiyi üçün təklifi qəbul etdim.

– Azərbaycan çempionatına gəlməkdə əsas məqsədiniz nədir?
– Klubun tarixini bilirəm. Məqsəd uğur qazanmaq və meydanda bacarığımın 100 faizini ortaya qoymaqdır.

– Albaniya və Kosovo klublarında çıxış etmisiniz. Bu komandalarla “Turan Tovuz” arasında nə fərq var?
– Əsas fərq layihədədir. Klubun planlarını bəyənirəm və bu, gələcək karyeram üçün yaxşı yoldur.

– “Turan Tovuz”a gələnə qədər Azərbaycan futbolu ilə bağlı hər hansı məlumatınız var idi?
– Bəli, liqanı izləyirdim. Çünki dostum Yusuf Laval burada çıxış edirdi. Ona görə də çempionat haqqında bir az məlumatım var.

– Maraqlıdır, Laval sizə futbolumuz, “Turan Tovuz” haqqında nə dedi?
– Ölkədə futbolun yaxşı, liqanın isə rəqabətli olduğunu söylədi. Düşünürəm ki, “Turan Tovuz”a keçmək karyeram üçün yaxşı addımdır.

– Azərbaycanın son illər dünyada ən çox tanınan klubu “Qarabağ”dır. Bu komanda haqqında nəsə bilirdiniz?
– “Qarabağ”ı çoxdan tanıyıram. Bu, çoxlu nailiyyətləri olan çox yaxşı komandadır.

Bənzər xəbərlər