featured-image-20342

“Zirə”nin müdafiəçisi Ruslan Abışovun Msport.az saytına müsahibəsi

Təlim-məşq toplanışı necə keçir? Hazırlıq prosesi təcrübəli oyunçu kimi sizi qane edirmi?

– Hər şey plan üzrə davam edir. Yaxşı hazırlaşmaq üçün bütün şərait yaradılıb. Hər şey yüksək səviyyədədir.

– Antalyadakı ilk yoxlama oyununda Rumıniyanın “Kindia” klubunu məğlub etdiniz? Nəticə və oyun barədə nə deyə bilərsiniz?

– Yaxşı oyun alındı. Hava şəraiti ağır olsa da, maraqlı qarşılaşma keçdiyini düşünürəm.

– Meydana start heyətində çıxmışdınız. Öz oyununuzdan razı qaldınız?

– Oyun praktikasının yoxluğunun çətinliyini hiss edirdim. Matçın videoyazısına baxanda bəzi epizodlarda bunu gördüm. Daha yaxşı oynaya bilərdim.

– Yoxlama oyunlarında əsas heyətdə oynasanız da, rəsmi matçlarda daha çox ehtiyatda qalırsınız. Bu nə ilə bağlıdır və sizi narahat edirmi?

– Mənim vəzifəm daim formada qalmaq və etimad göstərildiyi zaman komandaya kömək etməkdir. Narahat deyiləm. Mənim oynayıb-oynamamağım önəmli deyil. Əsas komandanın uğurudur.

– Bu mövsüm karyeranızda axırıncı olacaq, yoxsa davam etmək istəyirsiniz?

– Hələ bu barədə fikirləşməmişəm. Bu mövzu barədə danışmaq mənə çətindir.

– Bir neçə gün öncə qardaşınız Sərxan İbrahimoğlu Feysbukda fotonuzu paylaşaraq “Futbol səndən doydu, sən futboldan doymadın” yazmışdı. Həqiqətən belədir?

– Qardaşım da görür ki, mən istənilən ən adi məşqə hansı səviyyədə hazırlaşıram. Hər dəfə mənə deyir ki, istirahətinə fikir versən, daha yaxşı olar. Amma bu, məndən asılı deyil.

– Karyeranızı bitirəndən sonra da futbol sektorunda qalıb işləyəcəksiniz?

– Onu zaman göstərəcək. Futbolsuz çətin olar.

Gələcəkdə özünüzü məşqçi, yoxsa klub prezidenti və ya idarəçi kimi görürsünüz?

– Məşqçi olmaq istəmirəm. Bunun müəyyən səbəbləri var. Digər variantlar da asan deyil. Gələcəkdə bu barədə dəqiq nə isə danışmaq olar.

– “Zirə”nin bu mövsüm mükafatçılar sırasına düşüb avrokuboklara vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

– “Zirə” hər il olduğu kimi bu mövsüm də iddialıdır. Mükafatçılar sırasında olacağımıza bütün komanda olaraq inanırıq.

Bənzər xəbərlər