featured-image-37211

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 6-cı turunun “Səbail”lə (0:3) matçından sonra keçirilən mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, o, doğma meydandakı məğlubiyyəti belə şərh edib:

“Səbail” son iki oyunda qələbə qazanmışdı. Biz də bu gün qələbə qazanmaq istəyirdik. Bizdən yuxarı pillədə olan komandalara yaxınlaşmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Bu gün rəqib qələbəyə layiq idi. Oyunumuz alınmadı. Təhlil edəcəyik. Çatışmayan cəhətlərimiz var. “Neftçi” ilə oyundakı istəyi son matçlarda görə bilmirik. Problemləri kənardan özüm də sezirəm. Araşdırmalıyıq.

“Kəpəz” azarkeşləri həmişə komandanın yüksəklərdə olmasını istəyib. Futbol oynayanda da bu mərhələdən keçmişəm. Zaman dəyişib. Əvvəlki “Kəpəz”lə indiki arasında böyük fərq var. Öz maliyyə imkanımıza görə ən yaxşısını etməyə çalışırıq. Hər komandada bu vəziyyət olur. Vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu da mənim üzərimə düşür. Çatışmayan cəhətləri düzəltməliyik.

Qapıçı səhvi futbolçulara təsir edir. Bundan sonra oyunçuların özünə gəlmək ehtimalı az olur. Komanda psixoloji cəhətdən bərpa ola bilmir. Bəli, qırılma nöqtəsi ikinci dəqiqədə buraxılan qol idi. Son üç oyunun ilk hissəsində qol buraxırıq. Gəncədə üç məğlubiyyəti biz də istəməzdik. İnanıram ki, komandanı düzəldəcəyik.

“Neftçi”, “Qarabağ” kimi komandalardan xal almışıq. Bu uşaqlara çox güvənirəm. İnanıram ki, dəyişiklik olacaq. Qlobal problem yoxdur. Təəssüfləndirici məqam odur ki, üç oyundur evdə uduzuruq. Çox pis vəziyyətdə deyilik. Xallarımızı artıracağıq.

Şahin Diniyevlə çox isti münasibətim var. O, mənim müəllimimdir. Ondan çox şey öyrənmişəm. Amma bu idmandır. Bu gün mənim qarşımda “Səbail” var idi və istəyirdim ki, onları məğlub edək”.

Bənzər xəbərlər