Palmer davranışı ilə tənqid edildi
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Lids”ə evdə 1:4 hesablı məğlubiyyətdən sonra azarkeşlərə təşəkkür etmədən tunelə yollanması ilə diqqət çəkib.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçunun həm oyunu, həm də davranışı tənqid olunub.
Palmer 90 dəqiqə ərzində nə qol vurub, nə məhsuldar ötürmə verib, nə də rəqib qapıçısı Ceyms Traffordu ciddi sınağa çəkib. Görüşün sonunda digər futbolçular tribunaları alqışlayarkən onun meydanı tərk etməsinin səbəbi isə məlum deyil.
“Çelsi”də dördüncü mövsümünü keçirən Palmer çətin dövrdə liderlik göstərməli olduğu vurğulanır və futbolçunun narazılığını meydanda nümayiş etdirməsinin baş məşqçi Xabi Alonso üzərindəki təzyiqi artıra biləcəyi bildirilir.







