Paris-2024: Badmintonçumuz mübarizəni dayandırdı
Paris-2024 Yay Olimpiya Oyunlarının badminton yarışları davam edir.
Msport.az xəbər verir ki, qadınların fərdi mübarizəsində qrup mərhələsinin növbəti oyunları keçirilir.
Azərbaycan idmançısı Keişa Fatimə Zəhra N qrupunda ikinci turun matçına çıxıb. O, böyük britaniyalı Kirsti Gilmorla üz-üzə gəlib.
Badmintonçumuz iki geymdə uduzub. İlk turda da məğlub olan Keişa Olimpiadada çıxışını yekunlaşdırıb.
Qeyd edək ki, yalnız qrup qalibləri 1/8 finala adlayacaq.