Paris-2024: Millimizdən növbəti məğlubiyyət
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Msport.az xəbər verir ki, yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.
Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb – 12:21.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə qalib gəlib – 20:17.