Paris-2024: Paralimpiya çempionumuz mübarizəyə başlayır
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizəyə qoşulacaq.
Msport.az xəbər verir ki, T13 kateqoriyasında çıxış edən paraatlet Lamiyə Vəliyeva qüvvəsini sınayacaq.
“Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı 100 metr məsafəyə qaçışda finişə hamıdan tez çatmağa çalışacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:04-da start götürəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.