featured-image-55024

Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasında “Tottenhem” ilə matçı barədə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu bu barədə ölkəsinin mətbuatına açıqlama verib.

London təmsilçisinin sabiq forvardı Ağdam təmsilçisinin şansının çox az olduğunu vurğulayıb: bu matç “Qarabağ” üçün çox vacib hadisədir. Onlar əlavə motivasiya ilə oynaya bilər. “Tottenhem”ə bu qarşılaşmada o qədər də asan olmayacaq. Əlbəttə, “Qarabağ”la müqayisədə “Tottenhem” başqa səviyyədə komandadır. Lakin nəzərə alaq ki, Avropa Liqası hələ indi başlayır. İngiltərə klubu indidən bütün gücünü meydana qoyacaq, Premyer Liqadakı problemləri olduğu halda əsas futbolçuları ilə risk edəcək? Məhz buna görə də “Tottenhem”in qələbəsini birmənalı şəkildə görə bilmirəm. Əminəm ki, “Qarabağ” irəli atılacaq, aktiv oynayacaq. İngiltərə klubunun uğuru bir az daha inandırıcıdır. Amma hər iki komandanın qol vuracağını düşünürəm”.

Qeyd edək ki, bu gün “Tottenhem Hotspur” stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər