featured-image-79358

“Neftçi”nin portuqaliyalı hücumçu Pedro Markesi heyətinə cəlb etmək planı baş tutmayıb.

Msport.az xəbər verir ki, Bakı klubu 28 yaşlı forvardla ortaq məxrəcə gələ bilməyib.

Bir neçə gün əvvəl Kipr klubu “Apollon”dan ayrılan Markes hazırda azad agentdir. “Ağ-qaralar” futbolçunun meneceri ilə anlaşmağa çalışsa da, futbolçunun yüksək maaş tələbi keçidin reallaşmasına mane olub. Nəticədə “Neftçi” Markesdən imtina etməli olub.

Maraqlıdır ki, hətta “Apollon” da onu komandada saxlamağa çalışıb. Klub rəhbərliyi hücumçuya 40 faiz maaş artımı ilə yeni sözləşmə təklif etsə də, cavab müsbət olmayıb. Hazırda klubsuz olan portuqaliyalı digər variantları nəzərdən keçirir.

Qeyd edək ki, Pedro Markes Kiprin digər klubu AEL-in də gündəmindədir.

Bənzər xəbərlər