featured-image-18319

Əfsanəvi futbolçu Pele Braziliya millisinin DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreyaya qalib gəlməsi (4:1) barədə fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, “sambaçılar”ın qələbəsini aşağıdakı sözlərlə ifadə edib:

“Bu hiss rahatlıq və xoşbəxtliyin qarışığı kimidir. Onlar mənim günümün xoşbəxt sonluqla bitməsinə səbəb oldular”.

Qeyd edək ki, Braziliya millisinin futbolçuları Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya üzərində qazandıqları qələbəni həmyerliləri Peleyə həsr ediblər. Oyunçular final fitindən sonra meydanın mərkəzində üzərində yığmanın əfsanəvi hücumçusunun fotosu və adı yazılmış banner açıblar. Onlar xəstəxanada müalicə alan veteran forvarda öz dəstəklərini nümayiş etdiriblər.

Bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin heç də yaxşı olmadığı bildirilir. O, noyabrın 30-da bədənin ümumi şişməsi, o cümlədən, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər