featured-image-17840

Portuqaliya millisinin futbolçusu Pepe dünya çempionatları tarixində yeni nailiyyətə imza atıb.

Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi buna Qətərdə keçirilən mundialda Uruqvaya qarşı oyunda iştirak etməklə nail olub.

Pepe turnir tarixinin ən yaşlı meydan oyunçularının siyahısında üçüncü pilləyə yüksəlib. O, 39 yaş 275 günündə bunu bacarıb.

İlk sırada kamerunlu Roje Milla (42 yaş 39 gün), ikinci yerdə isə kanadalı Atiba Hatçinson (39 yaş, 292 gün) qərarlaşıb.

Bənzər xəbərlər