featured-image-34589

Əvəzedicilər liqasının loqosu bəlli olub.

Msport.az xəbər verir ki, loqo minimalist üslubda, çağdaş dövrün tələblərinə uyğun olaraq hazırlanıb.

Futbol meydançasının mərkəz çevrəsinin konturları əsasında ərsəyə gələn loqoda ümumi fonda liqanın adının ilk hərfi – Ə canlandırılıb. Qırmızı və yaşıl rənglərin vəhdəti isə əvəzetməni assosiasiya edir.

Meydançanı tərk edən futbolçuya işarə verən rəqəm əsasən qırmızı, daxil olana isə yaşıl rəngli göstərilir. Loqonun içərisində topun və torun simvolunu görə bilərik.

Bənzər xəbərlər