Polislər iclasa gəlmədi, "Kəpəz" cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Msport.az xəbər verir ki, toplantıda I divizionda baş verən hadisələrə qiymət verilib:
I Divizionun XXVI turunun “Kəpəz-2” – “Qarabağ-2” görüşünün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilir
I Divizionun XXVI turunun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir