featured-image-53494

“Qarabağ”ın yeni transferi Mateuş Koxalski Polşa mətbuatına müsahibə verib. Msport.az xəbər verir ki, qolkiper Ağdam klubuna keçidindən danışıb.

-Yeni klubunuzda ilk günləriniz geridə qaldı. Uyğunlaşma prossesi tez keçdi?

-Düşünürəm ki, hə. Yakub Jezniçakın mənə danışdığı hər şey baş verdi. Bizim çox yaxşı komandamız var, kollektiv məni yaxşı qarşıladı. Məşqlərin səviyyəsi çox yüksəkdir. Transfer olduğum üçün çox razıyam. Yeganə çatışmazlıq odur ki, hələ burda təkəm. Lakin müəyyən vaxtdan sonra bu da dəyişəcək.

-Jezniçak “Qarabağ” haqqında nə danışmışdı?

-Mənə təklif gələndə Kuba ilə əlaqə saxladım. Bilirəm ki, o burda oynamış yeganə polşalı futbolçu olub. O, “Qarabağ” barədə böyük fəxrlə danışdı. Dedi ki, Azərbaycanda keçirdiyi vaxt həyatının ən yaxşı dönəmlərindən olub. Məni fikrimdən daşınacaq heç nə eşitmədim.

-Azərbaycana getməmişdən qabaq nədəsə tərəddüd edirdiz? Azərbaycan çox ekzotik istiqamətdir. 

-Hər bir polşalı futbolçu Top-5 liqalarda oynamaq istəyir. Mən də bu haqda düşünürdüm, lakin müəyyən müddətdən sonra gördüm ki, “Qarabağ” həqiqətən də yaxşı variantdır. Biz hər il avrokuboklarda çıxış edirik, liqada isə çempionluq uğrunda mübarizə aparırıq. Adətən, polşalılar Azərbaycana gəlmirlər. Burda yəqin ki, cəmi bir neçə polşalı futbolçu oynayıb. Müsəlman ölkəsi olması mənə təsir göstərmir. Çünki mənim üçün fərqi yoxdur, kim hansı dinə qulluq edir. Əsas insanların necə münasibət göstərməsidir. Görürəm ki, burda hamı üçün çox yaxşıdır.

-Qarabağ”ı seçməyinizdə avrokuboklar əsas rol oynadı? 

-Bilirdim ki, burda ən azı Konfrans Liqasında oynayacam. “Qarabağ”a “Ludoqorets”lə cavab oyunu günü gəldim. Azərbaycana müqavilə bağlamağa getdiyimi bilirdim. Hərçənd KİV-də yazılmışdı ki, əvvəlcə şəraitlə tanış olmağa gedirəm. Bu, doğru məlumat deyildi. Səfərim “Qarabağ”ın oyunu ilə bağlı idi. Seçimimdə avrokuboklar daha çox rol oynadı. Çünki bu, özünü Avropada göstərmək üçün çox yaxşı imkandır. Əlbəttə ki, mən oynasam. Bunun üçün əlimdən gələni edəcəm.

-Müqavilə bağlamamışdan qabaq idman direktoru və baş məşqçi ilə klubdakı rolunuz barədə söhbət etdiniz? 

– Məni daha çox inandıran idman direktoru oldu, hərçənd futbolçuları məşqçi özü seçir. Eşitmişdim ki, baş məşqçi mənim oyunumu izləyib, bir neçə dəfə iş başında görüb və komandasına dəvət etməkdə qərarlı olub. Mütəmadi olaraq avrokubokların qrup mərhələsində çıxış edən kluba qoşulmuşam. Lakin bilirəm ki, heç kim mənə əsas heyətdə yerimi təmin etmir. Hər şeyi təhlil etmişəm, heyətə baxmışam, inanıram ki, yaxşı formada olduğum dönəmdə əsas heyət uğrunda mübarizə apara bilərəm. İkinci və ya üçüncü qapıçı olacağım kluba heç vaxt getməzdim. “Qarabağ”da bir qapıçının zədəsi var, odur ki, hazırda bir qolkiperlə rəqabət aparıram. Bilirdim ki, əsas heyətə düşə bilərəm.

-Baş məşqçi Qurban Qurbanov sizdə necə təəssürat yaratdı? O, Azərbaycan futbolunun əfsanəsidir. 

-Əvəllər onun haqqında çox şey eşitmişdim. Klubda da məşqçi barədə mənə geniş məlumat verdilər. İlk günlərdəki məşq prosseslərinə əsasən deyə bilərəm ki, o, böyük peşəkardır. Məşqlər çox intensiv keçir, oynadığım Polşa klubları ilə aradakı fərqi görürəm. O, futbolçulardan çox şey tələb edir, lakin insan kimi çox yaxşıdır. Motivasiya verməyi əla bacarır. Onun “Qarabağ”da nail olduqları təsadüf deyil. Komandanın uğurlarında böyük xidmətləri olub. Kimsə deyə bilər ki, burda pul və imkanlar məsələsi də var. Lakin Qurbanov hər futbolçusundan maksimumu almağı bacarır.

– O, paltardəyişmə otağında mehriban olan ciddi məşqçilərdəndir? 

-Bura gələndən bəri hələ ki onunla danışmamışam. Gördüyüm odur ki, futbolçularla individual danışıqlara çox vaxt sərf etmir. Lakin bizim  görüşlərimiz və brifinqlərimiz çox olur. O, çox danışır və analiz edir. Məşqçi bunları sakit şəkildə edir, amma eşitdiyimə görə özündən də çıxa bilər.

-Zaqreb “Dinamo”suna ilk oyunda 0:3 uduzduqdan sonra mərhələni keçməklə bağlı klubda inam böyükdürmü? 

-Əlbəttə, biz buna inanırıq. Ona görə ki, ilk oyunda çox qol vəziyyətlərimiz oldu. Hətta “Dinamo”dan da çox təhlükə yaratdıq. Onların qapıçısı həmin gün əla formada idi. Göstərdik ki, onlara 3-4 qol vura bilərik. Bütün komanda çox motivasiyalıdır.

Hiss edirsiz ki, cavab matçında oynayacaqsız?

-Baxaq baş məşqçi hansı qərarı verəcək. Çempionat oyununda 100 faiz gücümü qoydum. Uzun müddət deyil ki, burdayam, amma özümü yaxşı tərəfdən göstərməyə çalışıram.

-Niyə “Qarabağ”a transferiniz bir qədər gec baş verdi? 

-Düzünü desəm, “Qarabağ”dan başqa variantlarım yox idi. “Stal”da qala bilərdim, ancaq bilmirdim ki, sonra necə olacaq. “Qarabağ”dan təklif gələndə transfer pəncərəsinin bağlanmasına 3 həftə qalmışdı. Bu təkrar dəvət idi, ilk təklif mayda olmuşdu. O zaman çox təəccübləndim. Düşünmürdüm ki, belə bir klub mənə çıxsın. Əmin idim ki, avrokuboklarda çıxış edən klub daha çox təcrübəli futbolçuları heyətə cəlb edir.  Hər şeyi öyrənmək istəyirdim, ona görə də keçidim bu qədər vaxt aldı. “Qarabağ” başqa qapıçı ilə müqavilə bağladı, ancaq sonra yenidən mənimlə əlaqə saxladılar. O zaman fikirləşdim ki, bu “Qarabağ”a düşmək üçün son şansımdır.

-Siz klubun infrastrukturu barədə nə deyə bilərsiniz və Polşa ilə müqayisə edərdiniz.

-Bizim bazamızda bir standartlara uyğun məşq meydançası, oyunları keçirdiyimiz stadion və klubun inzibati binası var. Hər oyundan qabaq həmin bazada qalırıq. Burda müsəlman ölkəsində tamamilə fərqli qaydalardır, əvəllər bunları bilmirdim. İndi öyrənirəm belə şeyləri.

-Bu qaydalar haqqında daha ətraflı danışa bilərsiz? 

-Bilmirəm, bunlar haqqında danışmağım necə olar, çünki sonra bu, necə qəbul edilər. Yəqin ki, nə vaxtsa, danışaram bu haqda. Əlbəttə, Polşada gördüyümdən fərqli çox şeylər var. Maliyyə baxımından hər şey yaxşıdır, xüsusən də avrokuboklarda oynayanda. Qalib gələndə mükafatlar verilir. Polşada məşqlərimiz daha sakit keçərdi, burda daha çətindir. Onunla bağlıdır ki, “Qarabağ” daha çox hücum futbolu göstərir, çox qaçır və bu, dözümlülük tələb edir.

Bənzər xəbərlər