Premyer Liqa: Debütantların sınağı
Azərbaycan Premyer Liqasında IX tura bu gün start veriləcək.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Açılış qarşılaşmasında “Turan Tovuz” “Karvan-Yevlax”ın qonağı olacaq. Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə “Kəpəz” “İmişli” ilə üz-üzə gələcək. Gəncə klubu 3 xalla sonuncu – 12-ci, “İmişli” isə 9 xalla 8-ci sıradadır.
Premyer Liqa
IX tur
24 oktyabr
14:30. “Karvan-Yevlax” – “Turan Tovuz”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
17:00. “Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.







