Premyer Liqa: I turun təqvimi açıqlandı
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün I turunun oyun cədvəli açıqlanıb.
Msport.az xəbər verir ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Sabah”ın rəsmi müraciətini, “Kəpəz”in rəsmi razılıq məktubunu nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən kollektivlər arasında baş tutacaq birinci və ikinci dövrədəki oyunlarının yerini dəyişib.
Premyer Liqa
I dövrə, I tur
14 avqust
19:30. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu
15 avqust
18:30. “Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu
20:45. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”
16 avqust
19:00. “Sumqayıt” – “Neftçi”
“SOCAR Polymer Arena”
21:00. “Zirə” – “Şəfa”
Zirə İdman Kompleksinin stadionu
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, I turun bütün oyunları Azərbaycanın Dövlət Himni ilə başlanacaq.







