featured-image-70786

“Kəpəz” cari mövsüm Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb.

Msport.az xəbər verir ki, Azər Bağırovun baş məşqçisi olduğu kollektiv VIII turda “Şamaxı” ilə üz-üzə gəlib.

Qarşılaşma “sarı-göylər”in 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Komandanın heyətində Fərid Nəbiyev (34, 39) və Luis Paçu (67-p., 85) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub. Onun komanda yoldaşı Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 3-ə çatdıran “Kəpəz” sonuncu – 12-ci pillədə qərarlaşıb. “Şamaxı” 9 xalla yeddincidir.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.

Bənzər xəbərlər