featured-image-44730

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti iki oyunu bu gün baş tutacaq.

Msport.az xəbər verir ki, ilk matçda  “Kəpəz” “Neftçi” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlanacaq.

Gəncə klubu 26 xalla 9-cu, “ağ-qaralar” 36 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci duelində “Sabah” “Qəbələ”ni sınağa çəkəcək. Bu görüş saat 17:30-da start götürəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədir. 15 xala malik “Qəbələ” sonuncu sıradadır.

Azərbaycan Premyer Liqası 

XXVI tur 

9 mart (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu

17:30. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”

Qeyd edək ki, daha əvvəl “Sumqayıt” səfərdə “Səbail”ə qalib gəlib. XXVI tura martın 10-da “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Bənzər xəbərlər